Terms of payment | Return Terms | Service Request

Qaytarma şərtləri

 


Sifarişçi (alıcı) aşağıdakı bəndlərə uyğun qaytarma və ya dəyişdirmə tələb edə bilər:

  • Mallar qüsurlu olduğu halda: qaytarmaq və dəyişmək,
  • Malların qutularının və digər bağlamalarının Alıcıya təhvili zamanı olduğu kimi olması şərti ilə malların qüsurlu olduğu halda: qaytarmaq və ya dəyişmək,
  • Malların və onlara aid qutu və digər bağlamalarının Alıcıya təhvili zamanı olduğu kimi olması şərti ilə malların qüsurlu olduğu halda: dəyişdirildikdə qüsurlu malların əvəzində verilən yeni malların dəyişmə anında olan qiymətinə uyğun olaraq fərqi ödəmək və ya geri almaq,

Qaytarma və dəyişdirilmə halında:

Sifarişçiyə (alıcıya) ödəniş nəğdsiz olduğu halda nəğdsiz formada eyniliklə karta və ya bank hesabına geri qaytarılacaq.
Hər hansı bir mal qaytarıldığı və ya dəyişdirildiyi zaman mallarda hətta zavod qüsuru olduğu halda belə qaytarılma və ya dəyişdirilmə yalnız ilkin təhvil zamanı olan sənədlərin (Malların təhvili-qəbulu aktı (MTQA), Zəmanət talonu (təqdim olunubsa), Kassa çeki, POS Terminaldan ödəmə çeki (kartla ödəniş olunubsa)) tam olaraq sifarişçi (alıcı) tərəfindən mallarla birlikdə geri qaytarıldığı və bağlama/qutunun tam olaraq ilkin təhvil zamanı olan formada olduğu halda şirkətimiz tərəfindən həyata keçirilə bilər.
Sifarişçi (alıcı) malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılacaq.
Alınan məhsullarda fər hansı fiziki qüsur aşkarlanarsa və bu qüsurun sifarişçi (alıcı) tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində mallar təhvil verildikdən sonra aşkarlanarsa – bu halda malların geri qaytarılması və ya dəyişdirilməsi şirkətimiz tərəfindən icra oluna bilməz.
MTQA (Malların təhvili-qəbulu aktı), Zəmanət talonu (təqdim olunubsa), Kassa çeki, POS Terminal-dan ödəmə çeki (kartla ödəniş olunubsa)