Sifariş olunmuş məhsullara görə ödəniş aşağıda qeyd olunan formada həyata keçirilə bilər:
Nağdsız, bank hesabına köçürmə yolu ilə. Bu halda aşağıdakı sənədlər tələb olunacaq:
Sifariş olunmuş məhsulların çatdırılması növbəti iş günü 10.00 – 18.00 arası həyata keçirilir. Çatdırılma üçün əlaqə məlumatları tələb olunacaq və qeyd olunan nömrə ilə kuryerimiz əlaqə saxlayaraq lokasiyanı dəqiqləşdirəcək. Çatdırılma qeyd olunan ünvana həyata keçirilir və yerində sifariş verən şəxsə təhvil verilir. Təhvil zamanı təhvil alan şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə şəxsiyyətini təsdiq etməli və qəbul sənələrini imzalamalıdır. Qəbul sənədinin 1 nüsxəsi qəbul edən şəxsə məhsul ilə birlikdə təhvil verilir.
Məhsulun fiziki görüntüsü və bütövlüyü yerində sifarişçi tərəfindən yoxlanılmalıdır və qəbul sənədi imzalandıqdan sonra fikizi qüsurlar üçün artıq sifarişçi cavabdehdir.
Məhsulun təhvili zamanı quraşdırma tələb edən məhsul üçün öncədən sifarişçiyə məlumat verilmədiyi halda məhsulun plung-and-play olması nəzərdə tutulmuşdur. Bu tip avadanlıq və məhsullar üçün ilkin quraşdırma və təlimat tələb olunmur və kuryer tərəfindən həyata keçirilmir.
Hər hansı özəl durumda ilkin təlimat həyata keçirilirsə bu yalnız sifarişçinin qəbul sənədini imzaladığından sonra mümkün olacaqdır və bağlaması açılmış məhsulun fiziki durumuna sifarişçi cavabdehdir.
Məhsul üçün çatdırılma tələb olunmursa qeyd olunan prosedurlar şirkətimizin ofisində və ya anbarında eyni qaydada həyata keçirilir. Eyni şərtlərlə poçt ilə göndərilmə də həyata keçirilə bilər və Bakı—Sumqayıt-Abşeron rayonu ərazisi xaric poçt ilə çatdırılma xidməti ödənişlidir və əlavə olaraq dəqiqləşdirilməlidir.
İri ölçülü və özəl çatdırılma – təhvil şərtləri tələb edən məhsullar üçün çatdırılma şərtləri əlavə olaraq dəqiqləşdirilir və çatdırılma ünvanı, quraşdırma baş verəcək yer, enerji və digər iş infrastrukturu öncədən dəqiqləşdirilir.
Ödəmə şərtləri, qaytarma/dəyişdirmə və zəmanət məlumatları üçün müvafiq bölümə keçin.