Sifarişçiyə (alıcıya) ödəniş nəğdsiz olduğu halda nəğdsiz formada eyniliklə karta və ya bank hesabına geri qaytarılacaq.
Hər hansı bir mal qaytarıldığı və ya dəyişdirildiyi zaman mallarda hətta zavod qüsuru olduğu halda belə qaytarılma və ya dəyişdirilmə yalnız ilkin təhvil zamanı olan sənədlərin (Malların təhvili-qəbulu aktı (MTQA), Zəmanət talonu (təqdim olunubsa), Kassa çeki, POS Terminaldan ödəmə çeki (kartla ödəniş olunubsa)) tam olaraq sifarişçi (alıcı) tərəfindən mallarla birlikdə geri qaytarıldığı və bağlama/qutunun tam olaraq ilkin təhvil zamanı olan formada olduğu halda şirkətimiz tərəfindən həyata keçirilə bilər.
Sifarişçi (alıcı) malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılacaq.
Alınan məhsullarda fər hansı fiziki qüsur aşkarlanarsa və bu qüsurun sifarişçi (alıcı) tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində mallar təhvil verildikdən sonra aşkarlanarsa – bu halda malların geri qaytarılması və ya dəyişdirilməsi şirkətimiz tərəfindən icra oluna bilməz.
MTQA (Malların təhvili-qəbulu aktı), Zəmanət talonu (təqdim olunubsa), Kassa çeki, POS Terminal-dan ödəmə çeki (kartla ödəniş olunubsa)